Samir Şərifov Rövnəq Abdullayevi niyə hiddətləndirib?
Maliyyə naziri Samir Şərifov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevi hiddətləndirib.
“Azadlıq”a daxil olan məlumata görə, bunun kökündə Şamaxıda su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin keyfiyyətsiz görülməsidir. Məsələ burasındadır ki, Şamaxının qeyri-rəsmi kuratoru Rövnəq Abdullayevdir və bu baxımdan da orada görülən bütün işlərə ciddi nəzarət edir. Məlumatda deyilir ki, bir müddət əvvəl Şamaxıda su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tender elan olunub. Tenderi Samir Şərifova yaxın şirkət “udub”. Yeri gəlmişkən, maliyyə nazirinin Şamaxıda xeyli torpaq sahələri var. Və ora müəyyən qədər təsir imkanları mövcuddur. Elə bu baxımdan da layihə maliyyə nazirinə yaxın şirkətə verilib. Lakin şirkət işin öhdəsindən layiqincə gəlməyib. Bu isə Şamaxıya gedərək görülən işlərlə tanış olan Rövnəq Abdullayevi bərk qəzəblənib. Rövnəq Abdullayevin Bakıya dönməsindən dərhal sonra isə Samir Şərifov Şamıxya gedib. O, ARDNŞ prezidentinin bu faktdan ona qarşı istifadə etməsinin qarşısını almaq üçün işləri şəxsən nəzarətə götürüb.
İnformasiya şöbəsi