Əsəd Twitterin ümidinə qalıb

Suriyanın paytaxtı Dəməşqdə Əsədə sadiq qüvvələr nəzarəti itiriblər. Azad Suriya Ordusu ölkənin ikinci böyük şəhəri Hələbin mərkəzinə doğru hücuma keçib. Rejim müxaliflərə qarşı ilk dəfə döyüş təyyarələrindən istifadə edib. Hələbin şərq hissəsi bombardıman edilib.

Cəbhədə ağır məğlubiyyətə uğrayan Əsəd rejimi internetdə yaydığı mesajlarla əhalini hər şeyin yaxşı olduğuna inandırmağa çalışır. Dövlət kanalı SANA paytaxtda həyatın sabit olduğunu göstərmək üçün internet saytında tez-tez fotolar yayımlayır.

Twitter sosial şəbəkəsində elə də sıx isitifadə etməyən SANA-nın hesabında yazılan mesajların sayı artıb. Mesajlardan Əsəd rejiminin panikada olduğu görünür. Twitter hesabında tez-tez “Bu gün Dəməşqdə 35 dərəcə isti var”, “Carlton oteldə hovuz partisi var” kimi mesajlar yayılır.

Döyüşlərdə öldürülən Misir və İordaniyalı üsyançıların cəsədləri dövlət kanalında “terrorist ovu” kimi nümayiş etdirilir.

azadliq.info