Riçard Morninqstar Bakıya gəlir

ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar bu həftənin sonlarında Bakıya gələcək. Bu barədə Turan-ın Vaşinqton müxbirinə məlumatlı diplomatik mənbə bildirib.

Mənbə qeyd edib ki, bazar ertəsi dövlət katibinin müavini Uilyam Berns R.Morninqstarı qəbul edərək ABŞ-ın Azəbaycandakı maraqları və gözləntiləri barədə onu təlimatlandırıb.

“Administrasiya səfir Morninqstarın yeni missiyasına mühüm önəm verir”, – mənbə vurğulayıb.