İraqda ardıcıl olaraq 2 gün törədilmiş partlayışlar və hərbi bazalara silahlı hücumlar nəticəsində ölənlərin sayı 107-yə çatıb. Terror aktları paytaxt Bağdad, Kərkük, Taci, Müqdədiyyə, Mahmudiyyə və daha bir neçə şəhərdə törədilib. 19 ayrı partlayış nəticəsində ümumilikdə 180 nəfərin də yaralandığı bildirilir.
Hərbi bazaya silahlı hücum Salahdin əyalətində həyata keçirilib. Bu zaman 15 İraq əsgəri ölüb, 4-ü yaralanıb. Partlayışların əksəriyyəti Bağdadda törədilib. Bəzi şəhərlərdə bir-birinin ardınca 3 partlayışın törədilməsi ölənlərin sayının çox olmasına səbəb olub (ans press).


