“Neftçi” növbəti mərhələnin bir addımlığında

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, təmsilçimiz “Neftçi” klubu səfərdə Gürcüstan çempionu “Zestafoni”nin qonağı olacaq.

İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən “Neftçi” səfər matçına daha rahat çıxacaq. Lakin son Azərbaycan çempionu reytinq xalı baxımından bu oyundan da qələbə ilə ayrılmağa çalışacaq. Zestafoni təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi isə böyük maraq doğurur.

Qeyd edək ki, “Neftçi” “Zestafoni”ni keçəcəyi təqdirdə növbəti mərhələdə “İroni Kiryat” (İsrail) – “Jilina” (Slovakiya) (İlk oyun – 0:1) cütün qalibi ilə qarşılaşacaq.

24 iyul

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü

22:00. “Zestafoni” (Gürcüstan) – “Neftçi” (AZƏRBAYCAN) (İlk oyun – 0:3)