Gürcüstan parlamenti Kutaisiyə köçür. Tam köçürülmə oktyabr ayında keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq. Tbilisidə yerləşən parlament binası isə məhşur “Kempinski” otellər şəbəkəsi tərəfindən özəlləşdiriləcək.
Müxalifət deputatları məsələ ilə bağlı hökümətdən izahat tələb ediblər. Köçürməni tələsik addım sayaraq, etiraz ediblər. Payızdan Kutaisi ölkənin parlament paytaxtı kimi tanınacaq. Parlament işçiləri qarşısında şərt də qoyulub. Onlar ya Tbilisidə qalacaqlar, ya da yerlərini kutaisili mütəxəssislərə verəcəklər.
Prezident Saakaşvili bu qərarını Tbilisinin yükünün azaltmaq istəyi ilə əsaslandırıb. Müxalifət nümayəndələrindən biri isə bunu əhalinin siyasi aktivliyini azaltmaq cəhdi kimi qiymətləndirib.
azadliq.info


