QOÇ
Bu gün sizi önəmli hadisələr gözləmir. Hər şey sakit və əla olacaq, yəni asan, depressiyasız, dava-dalaşsız və sağlam bir gün yaşayacaqsınız. Ola bilsin bu gün bürcün bəzi nümayəndələri üçün darıxdırıcı olsun, amma indi sizə məhz belə şərait lazımdır ki, yaxşıca dincələsiniz. Bu gün ürəyiniz istəyən məşğuliyyət tapa bilərsiniz.
BUĞA
Gün “Buğa”lara sürprizlər hazırlayıb. Qısa müddətdə çoxlu müsbət hadisələr baş verəcək. Gücünüz və səbriniz çatsa, işlərinizi müvəffəqiyyətlə başa vuracaqsınız. Vaxt və enerjinizdən səmərəli istifadə edin, çünki hadisələrin çoxluğundan günün sonu bir az ağır keçə bilər.
ƏKIZLƏR
Bu bürc altında dünyaya gələnləri hərtərəfli sakitlik gözləyir. Yaxşısı budur yay fəsli üçün enerji və pul toplayın – onlar sizə lazım olacaq. Ən əsası isə hər kəsə qarşı diqqətli olun, ətrafdakı insanların fikirlərini ciddiyə almayın, çünki sizə yanlış məsləhət verə bilərlər.
XƏRÇƏNG
Bu gün siz iç dünyanızla mübarizə aparacaqsınız. Fikirlər, suallar biri-birini üstələyəcək. Indi elə bir məqamdır ki, siz emosiyalara qapılmamalısınız, bütün düşüncələri kənara atın. Keçmişinizlə bağlı unudulmuş hisslər yenidən alovlana bilər. Lakin qorxmağa əsas yoxdur, bu sizə yaxşı təsir edəcək.
ŞIR
Nəhayət, səmimilik və ürəkaçıqlığınızı xatırlamağın vaxtdır. Bu gün sizin həyatınızda çox vacib hadisə baş verəcək, onun müsbət və ya mənfi sonluqla bitəcəyi haqda siz qərar verəcəksiniz. Ola bilsin bu hadisə bütün gələcək həyatınızı tamamilə dəyişəcək.
QIZ
Yazın sonunda lazımi planlar qurmağa başlamalısınız. Heç bir kiçik detalı nəzərdən qaçırmayın. Hərəkət və sözlərinizə diqqət yetirin, istəmədən kiminsə xətrinə dəyə bilərsiniz. Işinizə məsuliyyətlə yanaşın, onu itirmək ehtimalı ola bilər. Dedi-qodudan uzaq durun, bu sizi çıxılmaz vəziyyətə sala bilər.
TƏRƏZI
Şəxsi həyatınızda sakitlik olacaq. Işiniz əla gedəcək və böyük uğur qazanmaq şansınız var. Buna baxmayaraq, bu gün sizin üçün çətinliklərlə doludur: iş yoldaşlarınız, ailə, dostlar sizdən diqqət tələb edəcək, çalışın onları məyus etməyəsiniz. Maşın sürməyi öyrənmək üçün yaxşı vaxtdır.
ƏQRƏB
Yeni mənzil yeni iş yeri arzu edənlər, nəhayət, istədiklərinə çatacaqlar. Bu, gözlənilmədən baş verəcək, inamınızı artıq itirdikdən sonra. Subay xanımları isə gözəl anlar gözləyir. Yaraşıqlı oğlanla tanış olacaqsınız və düzgün hərəkət etsəniz, münasibətləriniz uzunmüddətli və ciddi olacaq.
OXATAN
Bu dönəmdə davranışlarınıza diqqət yetirsəniz yaxşı olar. Sevgilinizin üstünə çox gedirsiniz. Imkan verin bir az dincəlsin, bu həm də sizin üçün faydalı olacaq. Yersiz qısqanclıq və düşünülməmiş ifadələr münasibətlərinizə son qoya bilər. Çalışın emosiyalara qapılmayasınız.
OĞLAQ
Bu gün siz hər kəsə boş vədlər verirsiniz. Amma yadda saxlayın ki, sözə əməl etmək də lazımdır, əks halda hörmətdən düşə bilərsiniz. Həmçinin suallara qısa və aydın cavab verməlisiniz. Ikimənalı vəziyyətlərdən uzaq olmağa çalışın. Özünüzü idarə edin, bu sizə işlərinizdə kömək edəcək.
DOLÇA
Çalışın pula qənaət edəsiniz, çünki yanlış insanlarla və səhvlərlə üzləşə bilərsiniz. Hər kəsə inanmayın. Şəxsi həyatınız əla gedəcək. Tək olanlar tezliklə yarısını tapacaq, sevgilisi olanlar isə daha xoşbəxt olacaqlar. Diqqətli olun ki, gözə gəlməyəsiniz, hər şey gözəl və romantik olacaq.
BALIQLAR
Sizi maraqlı iş təklifləri gözləyir. Əgər sizə elə gəlsə ki, onların öhdəsindən gəlməyəcəksiniz, yenə də razılaşın, çünki bu sahədə olan biliyiniz və gücünüz layihəni reallaşdırmağa imkan verir. Şəxsi həyatda isə sizi bəzi çətinliklər gözləyir ki, bu da depressiyaya və ya stresə səbəb ola bilər.

Günün ulduz falı (24.07.12)
•