“Aeroflot” Suriyaya səfərlərini dayandırır, ekspertlər isə qərarın arxasında siyasi iradə olduğunu iddia edir
Rusiyanın ən aparıcı hava yolları şirkəti “Aeroflot” avqustun 6-dan etibarən Moskva-Dəməşq arasındakı bütün aviareysləri qeyri-müəyyən müddətə qədər təxirə salacağını açıqlayıb. Bu Rusiyanın Suriya ilə əlaqələrini kəsə biləcəyinə işarə kimi də qəbul olunur. “Aeroflot”un sözçüsü tərəfindən yayılan açıqlamada deyilir ki, şirkət Dəməşq səfərlərini təhlükəsizlik səbəbiylə deyil, iqtisadi amillər üzündən təxirə salıb. Çünki bu istiqamətdə uçmaq istəyən adam sayı təyyarələrin yanacağınını ödəmir.
Rusiyadakı hava yolları üzrə ekspertlərin fikrincə, “Aeroflot” hava yollarının Suriya səfərlərini ləğv etməsində təhlükəsizlik və siyasi qərar birinci səbəbdir. Çünki Sovet İttifaqı zamanı “Aeroflot” təyyarələrinin bir sərnişini olsa belə Kuba səfərlərini heç vaxt təxirə salmazdı. Siyasi ekspertlər isə iddia edir ki, Rusiya bir ölkə ilə əlaqəsini kəsməzdən əvvəl ilk olaraq “Aeroflot” həmin ölkəyə səfərlərini təxirə salır.


