Ərəb Dövlətləri Birliyi ölkəni xilas etmək üçün Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb. “France-Presse” agentliyinin verdiyi məlumata görə, bu barədə bəyanat Birliyə daxil olan ölkələrin xarici işlər nazirlərinin bazar günü Dohada keçirilən toplantısında qəbul olunub.
Birliyin qərarını açıqlayan Qətərin xarici işlər naziri şeyx Hamad bin Qasim əl-Tani bildirib ki, bəyanatı yalnız bir dövlət dəstəkləməyib. Lakin o, bəyanata səs verməyən dövlətin adını açıqlamayıb. Bİrlik Suriya Azadlıq Ordusunu keçid hökuməti formalaşdırmağa da çağırıb. Eyni zamanda suriyalı qaçqınlara 100 milyon dollar həcmində yardımın ayrılması barədə də qərar verilib.


