İraqda ilin ən qanlı olayı baş verib

İraqda verilən məlumata görə, bu gün ölkə ilin ən qanlı hadisələrinə şahidlik edib. Partlayış və atışmalar nəticəsində ölənlərin sayı 100-ü, yaralıların sayı 200-ü keçib.

Bağdaddan şimaldakı Dulüyə və Taci şəhərlərində yerləşən hərbi bazalara zərbələr endirilib. 40 nəfər həlak olub. Səədiyə, Xan Beni Saad, Kərkük, Tuz Hurmatu və Dibis şəhərlərində də partlayışlar olub. Bağdadda bomba qoyulmuş avtomobil partladılıb.

Ümumilikdə 13 şəhərdə 21 hücum faktı qeydə alınıb.

azadliq.info