Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Lex”lə cavab oyunu üçün Polşaya yola düşməli olan “Xəzər Lənkəran”ın planlarında dəyişiklik olub.
Qol.Az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib ki, təyyarədə yaranmış texniki nasazlıq ücbatından komanda Poznan şəhərinə sabah yola düşəcək.