Öz otağını yeyən uşaq

İngiltərədə 5 yaşlı uşaq öz otağını yeyir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Zak Tahir adlı uşaq dünyada nadir müşahidə eidlən Pica xəstəliyindən əziyyət çəkir. Azyaşlı yataq otağındakı divarları və yerdəki xalıları yeyir.

Uşağa yeyə bilməyəcəyi bir otaq hazırlamaq üçün İngiltərədə kampaniya başladılıb.

Kampaniyada toplanacaq 15 min funt sterlinq (təqribən 21 min manat) ilə onun evində xüsusi materiallarla otaq və hamam tikiləcək.