Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxıb.
ALDP-nın İdarə Heyətinin toplantısında qurumdan çıxmaq haqqında qərar verilib. Toplantıda partiyanın 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı müzakirə olunub və qərara gəlinib ki, ALDP bu seçkidə fəal iştirak etməsi üçün Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxmalıdır.
ACP-nin yaydığı məlumatda isə deyilir ki, Müqavimət Hərəkatının əsasnaməsinin 9-cu bəndinə əsasən İdarə Heyətinə məlumat verməklə qurumdan çıxıb. “ACP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxmasının əsas səbəbləri Hərəkat daxilində tənqidə və özünütənqidə dözümsüzlük nümayişi, tərəfdaşlığa uyğun olmayan siyasi-mənəvi mühitin yaranması, ən başlıcası isə, bu şəraitdə birgə effektiv fəaliyyətin mümkün olmaması və qarşıya qoyulan məqsədə nail olmaq baxımından perspektivin görünməməsidi”, – deyə ACP-nin məlumatında deyilir.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı bu il yanvarın 12-də Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu tərəfindən təsis olunub.
Müqavimət Hərəkatı dağıldı
•