Mirəlioğlu prokurorluqda ondan soruşulanları dedi

KXCP sədri Mirmahmud Mirəlioğlu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağırılıb.

İdarədən çıxandan sonra “Azadlıq” radiosuna müsahibəsində o, «Gündəm-xəbər» qəzetinin baş redaktoru Şirin Cəfəri barəsində açılan cinayət işi ilə bağlı şahid qismində dindirildiyini deyib.

«Mənə çağırış vərəqi gələndə, bir cinayət işinin nömrəsini bilirdim. Amma İdarədə aparılan sorğu-sualdan aydın oldu ki, mənim şahid qismində Korrupsiyaya qarşı Mübarizə idarəsinə çağırılmağım «Gündəm xəbər» qəzeti ilə bağlı açılan cinayət işi ilə bağlıdır. Burda korrupsiya hesab edilən müxtəlif məsələlər, bizim qəzetlə bağlı əlaqələrimiz və s. tipli suallar verildi».

İstintaq sirri olduğundan M.Mirəlioğlu ona konkret hansı sualların verildiyini açıqlamayıb.

Qəzetin sabiq baş redaktoru və hazırkı təsisçisi Şirin Cəfəri isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, bir il əvvəl onlara qarşı vergidən yayınma ilə bağlı cinayət işi açılıb. O, istintaqa ifadəsində parlament seçkiləri ərəfəsində qəzetə ianə verən KXCP sədri M.Mirəlioğlu və digər şəxslərin adlarını açıqlayıb. O hesab edir ki, elə KXCP sədri və onun müavinlərinin şahid qismində istintaqa çağırılması da bununla bağlı ola bilər:

***

“Mirmahmud Mirəlioğlu prokurorluğa “Gündəm-xəbər”ə görə çağırılıb”. Bu barədə Teleqraf.com-a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, Mirəlioğlu ”Gündəm-xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri barədə açılan cinayət işi ilə əlaqədar şahid qismində dindirləcək.

Xatırladaq ki, “Gündəm-xəbər”qəzetinin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

***

KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrıldı.

“Qafqazinfo”ya partiyadan verilən məlumata görə, bu gün KXCP sədri Mirmahmud Mirəlioğluna Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Rəfail Süleymanovun imzası ilə Çağırış Vərəqəsi təqdim oluub. Çağırış Vərəqəsinə əsasən 112026126 saylı cinayət işinin istintaqı ilə əlaqədar bu gün saat 15.00-da idarəyə gəlməyi xahiş olunur.

KXCP sədrinin təşkilat məsələləri üzrə müavini Xəzər Teyyublu və əlaqələr üzrə müavin Fkrət Cəfərov da Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrılıb.