Mərhum pop kralı Maykl Ceksonun anası tapılıb. Bu haqda Ceksonun qardaşı Jermen xəbər verib. O deyib ki, sakitliyə ehtiyacı olan Ketrin Cekson itməyib. Sadəcə telefon və digər cihazları söndürərək, həkim məsləhəti ilə istirahətə çəkilib.
Həftəsonu Ketrin Ceksonun nümayəndəsi Sandra Ribera Mayklın anasının itməsi ilə bağlı Kaliforniya polisinə ərizə vermişdi. Nəvələri Ketrin Consondan bir həftə idi ki, xəbər tuta bilmirdi.
azadliq.info