Livan kəndliləri marixuana sahələrini silahla qorudular

Marixuana yetişdirən Livan kəndliləri onların əkin sahələrini məhv etmək istəyən hökümət qüvvələrinə silahlı müqavimət göstəriblər. Pulemyot, qumbaraatan, minaatanlar vasitəsilə atəş açan kəndlilər hərbçiləri mövqelərinə geri atıblar.

Atışma zamanı heç kəs zədə almayıb. Ancaq kəndlilərin açdığı atəş nəticəsində iki hərbi cip sıradan çıxıb. Hərbçilər yenidən cəmləşmək və əməliyyat keçirmək üçün geri çəkiliblər.

Livanın Beka vadisi 1975-90 Livan vətəndaş müharibəsi zamanı narkotik bitkilərin yetişdirildiyi əsas mərkəz olub. O zaman burada illik məhsul 50 tona çatırmış.

azadliq.info