Kubada müxalifət liderlərindən biri olan Osvaldo Paya avtomobil qəzasında ölüb. 60 yaşlı hüquq müdafiəçisi milli dialoq çağırışı ilə tanınırdı.
Osvaldo Paya 2002-ci ildə Kubada demokratik islahatlarla bağlı referendum keçirilməsi üçün 30 mindən artıq imza toplamışdı. Elə həmin il o Avropa Parlamentinin Saxarov insan haqları mükafatına layiq görülmüşdü (“Azadlıq” radiosu).
Kubada müxalifət lideri avtoqəzada ölüb
•


