“Guardian” Azərbaycanda jurnalistlərin həbsindən yazdı

İngiltərənin “Guardian” qəzetində köşə yazarı Roy Qrinsleyd “Postsovet ölkələrinin siyasi liderləri mətbuata necə təzyiq edir?” başlıqlı məqaləsi ilə çıxış edib. Məqalədə Şərqi Avropa və Orta Asiyada dövlət başçılarının mətbuata hücumları, həbslər, qadağalar barədə məlumatlar yer alıb. Məqalədə Azərbaycandan da nümunə gətirilərək, həbs olunmuş jurnalistlərin adları çəkilib.

“Belarusda saytında yumşaq ayı oyuncaqlarının rəsmini yerləşdirən redaktorun həbs edilməsi qorxunc və absurd hərəkətdir. Bu onu sübut edir ki, sabiq sovet satelitləri mətbautın azad inkişafını təmin edə bilmirlər.

Cənub-şərqi Avropa ölkələrində mətbuatın vəziyyəti ilə bağlı həyəcanverici vəziyyət var. Sözdə “demokratik” olan bu ölkələrdə mətbuat işçiləri qurama ittihamlarla həbs edilir, hücumlara məruz qalır, radio və televiziyaların lisenziyası verilmir.

Asiyada yerləşən postsovet ölkələrindən daim mətbuat azadlğının pozulması ilə bağlı xəbərlər gəlir. Qırğızıstanda jurnalist Azimcan Əskərov qırğız və özbəklər arasında etnik münaqişəni qızışdırmaq ittihamı ilə ömürlük həbs cəzası alıb. Qazaxıstanlı jurnalist Canbolat Mamay fəhlə iğtişaşları zamanı həbsə atılmışdı. Ancaq 10 gün əvvəl azad olunub. Tacikistanda provayderlərə göstəriş verilib ki, Facebook-a və 4 müstəqil xəbər saytına blok qoysunlar.

Azərbaycanda iki jurnalist – Xəyal telekanalının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev 13 martda iğtişaşlar yaratmaq ittihamı ilə həbs edilib. Onlar “kütləvi iğtişaşların təşkili” və “əmlakın məhvi”ndə ittiham olunurlar”, – deyəm məqalədə bilsirilir.

Köşə yazarı qeyd edir ki, demokratiya və azad mətbuat hər yerdə əl-ələ addımlayırlar. Birinin inkişafı digəri olmadan mümkün deyil.

azadliq.info