Dondurmalı seçki təbliğatı

Ukraynanın Krım vilayətinin xalq deputatları məclisinə seçilmək istəyən namizədlərdən biri maraqlı təbliğat üsulu seçib. 23 iyulda satışa çıxarılan Fedorov dondurmalarının üzərində sahibkar Eduard Fedorovun seçki reklamı yerləşdirilib. Dondurma kağızının üzərində namizədin seçki sloqanı da var: “Əsl PLOMBİR – bütün ölkədə beləsi bir dənədir”.

Seçki namizədnin qərargahından bildirilib ki, dondurma üzərində reklam kampaniyası davam edəcək. Fedorov seçkini udarsa, növbəti seçki kampaniyası onun Ukrayna Radasına seçilməsi üçün aparılacaq. Dondurmalar 60 q və 1 kq paketlərdə satışda olacaq.

azadliq.info