Amerikada göydən “zarafat” yağdı

ABŞ-da bir dəstə yeniyetmə çimərliyə gələn insanlarla zarafat etmək qərarına gəlib. Zarafatın nəticəsi gülüş yaratsa da, adamlar arasında panikaya səbəb olub. Sahildəki qağayıları çipslə yedizdirən gənclər yeməyə qarın yumşaldıcı dərman qatıblar. Qağayılar yeməyi yedikdən sonra yeniyetmələr zarafat “qurbanları”nı kameraya çəkməyə başlayıblar.

Dərmanlar təsirini göstərdikdə, çimərlikdə istirahət edən insanlar havadan quş zılı bombardımanına məruz qalıblar. 45 saniyə davam edən zarafat “Youtube”da yerləşdirilib.

 

azadliq.info