Ağdam rayonunun işğalından 19 il ötür. 1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri rayonunun əksər hissəsini zəbt edib. Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür. Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox insan həlak olub. İşğal nəticəsində rayona milyardlarla dollar ziyan dəyib. Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.
Ağdamın işğalından 19 il keçdi
•


