QOÇ
Bu gün mövqeyinizin möhkəmləndirilməsi ilə məşğul olmalısınız. Yeni layihələrə başlamaq üçün əlverişli zaman deyil. Işiniz darıxdırıcı ola bilər. Sizin barədə söz-söhbətlər olacaq. Ulduzlar bunda pis bir nəticə görmür – siz müzakirə obyektinə çevrilmisinizsə, deməli, hələ diqqət mərkəzindəsiniz.
Buğa
Bu gün enerjiniz yüksələcək, bir sıra işlərin, hətta uzun zamandan bəri davamlı olaraq ertələdiyiniz işlərin öhdəsindən gələ biləcəksiniz. Sosial fəaliyyətiniz uğurlu olacaq. Bu gün bürcün siyasətçi və müəllim nümayəndələrinin bəxti daha çox gətirəcək.
Əkizlər
Bu gün başladığınız işi sona çatdırmalısınız. Ondan imtina etmək və ya sonraya saxlamaq mümkün olmayacaq. Həllini gözləyən problemləriniz də az deyil. Bu gün yaxınlarınızla dalaşmayın, işdə isə yalnız özünüzə güvənin.
Xərçəng
Rahatlanmaq və olduğunuz kimi görünmək istəyi günün əvvəllərində reallaşacaq. Ulduzlar istəklərinizə qarşı çıxmağın əleyhinədir. Bir qədər sərbəstlik sizə heç bir zərər gətirməz. Şəraitin dəyişdirilməsi rahatlıq gətirəcək, amma bu da bir müddətlik olacaq. Tez zamanda ailənizə və ya əvvəlki işinizə geri dönməlisiniz.
Şir
Bugünkü enerjiniz sizi təzadlı addımlar atmağa vadar edəcək. “Şir”lər bütün hərəkətlərini diqqətlə ölçüb-biçməli və ətraflarında onları başa düşəcək insanların az olduğuna özlərinə xatırlamalıdırlar. Səfərləri təxirə salın, çünki bu gün uğurlu alınmayacaq.
Qız
Bu gün işgüzar olacaqsınız. Mübahisə edəcəyiniz də gözlənilir. Bu da sizin ikiüzlü şəxslərdən zəhləniz getməsilə bağlıdır. Hansısa sosial imtiyazın itirilməsi gözlənilir. Bununla belə liderlik etmək imkanlarıniz yüksək olacaq. Ona görə də vacib işlərin reallaşması üçün özünüzə ideal icraçı tapın.
Tərəzi
Günün hadisələri xoşunuza gəlməyəcək. Gününüzü uğursuz sayacaqsınız. Ola bilsin qarşılıqlı inamsızlıq yaransın. Gizlənmək və ya heç nə etməmək istəyi baş qaldıracaq. Yanlışlıqla falçıların qapısını döyməyin. Yaxşı olar ki, ideyalarınız uğrunda daha iradəli və zəmlə çalışasınız.
Əqrəb
Bu gün ətrafdakılara münasibətiniz dəyişəcək. Çünki qarşınıza müxtəlif tipli adamlar çıxacaq. Onlar sizə qarşılıqsız yardım edəcəklər. Siz də yeni tanışlarınıza bənzəməyə can atacaqsınız. Işləriniz qaydasına düşəcək, bir sıra problemlərinizi həll edəcəksiniz.
Oxatan
Bu gün həyat prinsipiniz dəyişəcək. Ola bilsin, bu dəyişkənlik köçmə və ya yeni vəzifəyə keçmənizlə əlaqədar olacaq. Zahiri dəyişikliklər də istisna deyil. Dərhal diqqət çəkməsənizdə tezliklə başqa adama çevrildiyinizi anlayacaqlar.
Oğlaq
Avtoritetiniz şübhə altındadır. Özünü doğrultmaq üçün üsullar axtarın. Özünə inamı qaytarsanız işləriniz axsamayacaq. Təbii ki, belə durumda opponentlərin hücumlarını dəf etmək də çətin olmayacaq. Səfərləri təxirə salaraq, vacib işlərə köklənin.
Dolça
Bu gün xəyalpərəstlik edirsiniz. Ancaq nəzərə alın ki, işdə və münasibətlərdə yalnız realizm fayda gətirir. Gün darıxdırıcı görünəcək. Ürəyinizdə saf-çürük etdiyiniz fikirləri bu gün kimsəylə paylaşmayın. Özünüzü idarə edə bilsəniz, təmkinli olsanız işləriniz istədiyiniz nəticəni verəcək.
Balıqlar
Məşğuliyyətinizi dəyişmək imkanı yaranacaq. Əlinizə elə bir laihə dşəcək ki, əvvəllər onun yerinə yetirilməsinin qeyri- mümkün olduğunu düşünürdünüz. Bu gün isə tərəddüd etmədən bu işə başlamaq mümkündür. Nəticənin uğurlu alınacağı ehtimalı çoxdur. Yetər ki, siz işə ürəkdən bağlanasınız.

Günün ulduz falı (22.07.12)
•