Londonda Olimpia oyunlarından əvvəl gəzdirilən olimpiya məşəlinə hücum olub. “CNN Türk”ün yaydığı məlumata görə, olimpia məşəlinə tamaşa etmək üşün toplanan insanların arasından bir nəfər gənc irəli şığıyıb və “Allahu Əkbər” deyərək məşəli söndürmək istəyib. Təhlükəsizlik qüvvələrinin saxladığı 17 yaşlı gəncin müsəlman olduğu deyilir.
Britaniyanın mindən çox bölgəsində gəzdirilən olimpiya məşəli Londona dünən gətirilib. Onu London küçələrində polşalı atlet Anna Skora gəzdirib. Hücum edən gənc məşəli atlatin əlindən almaq istəsə də, təhlükəsizlik əməkdaşları vaxtında onu zərərsizləşdirə biliblər.
Olaydan sonra olimpia məşəli sıx təhlükəsizlik tədbirləri altında dövr etdirilməsini başa vurub. Ona hücum çəkən gənc isə London polisinə aparılaraq sorğu-suala çəkilib.
azadliq.info


