Rusiya və Çin yenə Əsədi müdafiə etdi

Rusiya ilə Çin yenə də BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.

Qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsində BMT-nin bu ölkədəki müşahidəçilər missiyasının genişləndirilməsi və prezsident Bəşər Əsədin 10 gün ərzində hərbi əməliyyatları dayandırmağacağı halda Suriya rejiminə qarşı yeni sanksiyalar tədbiq edilməsi nəzərdə tutulurdu.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin deyib ki, Təhlükəsizlik Şurasından istifadə edərək “suveren dövlətlərdə öz siyasi sxemini həyata keçirmək planları” yolverilməzdir.
Pakistanla Cənubi Afrika Respublikası isə bitərəf qalıblar.