Generallar Eldar Mahmudovu təkləyib

eldar mahmudovRamil Usubovdan sonra MTN şefinə qarşı Fikrət Məmmədov da hücuma keçib

Milli təhlükəsizlik naziri Eldar Mahmudovla ədliyyə naziri Fikrət Məmmədov arasında konflikt dərinləşir. Hələ bir müddət əvvəl məlumat yaymışdıq ki, adıçəkilən nazirlərin arasında baş qaldıran ziddiyyətlərin kökündə Fikrət Məmmədovun MTN-nin təcridxanasını da Penitensiar Xidmətə birləşdirmək niyyəti dayanır.
Eldar Mahmudov Fikrət Məmmədovun bu istəyini süngü ilə qarşılayıb. Onun bu məsələyə sərt təpki verməsi isə ədliyyə nazirinin ona qarşı münasibətinin dəyişməsinə səbəb olub.
Əldə etdiyimiz məlumatlara görə, MTN-nin penitensiar sistemdə baş verən neqativ hallarla bağlı Prezident Administrasiyasına “qovluq” göndərməsi isə Fikrət Məmmədovu daha da qəzəbləndirib. Eldar Mahmudov bu addımı ilə bütün körpüləri yandırıb. Indi Fikrət Məmmədov MTN şefinə hansı formada zərbə vurmağın planlarını cızır.
Beləliklə də daxili işlər naziri Ramil Usubovla qarşıdurmada olan Eldar Mahmudov özünə yeni barışmaz rəqib tapıb.

İnformasiya şöbəsi