İranın Hörmüz boğazını bağlayacağında dair hədələrinə ABŞ müdafiə naziri Leon Panetta münasibət bildirib. Pentaqon şefi Tehran rejimini hədələyib. O, İranı Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinə maneə yaratmamağa çağırıb.
Nazir bildirib ki, İranın körfəzdə hərəkət edən gəmilərin sərbəst hərəkətinə qarşı hər hansı təxribat törətməsinə imkan verilməyəcək. ABŞ-ın bölgədə baş verə biləcək bütün ehtimallara tam hazır olduğunu deyən Panetta deyib ki, İranın gəmiləri hərəkətdən saxlamaq üçün göstərdiyi hər bir cəhdi uğursuz qalacaq.