Məmmədyarov İranı ittiham etdi

XİN rəhbəri:” İran Vyana Konvensiyasının müddəalarını pozur”

Iran hakimiyyətinin bu ölkədə həbs olunmuş gənc azərbaycanlı şairlərin öz doğmaları ilə görüşməsi üçün şərait yaratması düzgün addımdır. Lakin ilk növbədə onlara imkan verilməlidir ki, azərbaycanlı konsul ilə görüşsünlər.
Bu barədə Azərbaycan XIN rəhbəri Elmar Məmmədyarov Iran hakimiyyətinin gənc şairlər Fərid  Hüseyn və Şəhriyar Hacızadənin valideynləri ilə görüşünə razılıq verməsini şərh edərkən bildirib. Bu razılaşma Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun səyləri nəticəsində əldə olunub.
Hazırda tərəflər görüşün təşkili və müddətini razılaşdırır. O xatırladıb ki, Vyana Konvensiyasına görə, xarici vətəndaş saxlanıldıqdan sonra 24 saat ərzində öz ölkəsinin konsulu ilə görüşünə imkan verilməlidir.