Şimali Koreyanın küçələri rəqs meydanına çevrilib. Dahi rəhbərləri Kim Çen Inın marşal rütbəsi almasından sonra, əsgər və matroslar, zabitlər küçə və meydanlara çıxaraq rəqs ediblər. Milli vətənpərvərlik mahnıları oxuyan hərbçilər bu “xoş gün”ə səmimi qəlbdən seviniblər.
Şəhər sakinlərinin dediyinə görə, Kim Çen Inın marşal təyin edilməsi onların ən böyük arzusu idi. İndi onlar xöşbəxtdirlər ki, bu arzu reallaşıb. “The Daily Mail” yazır ki, hətta tələbələrə də hərbçi forması geydiriblər.
KXDR-ın Ali Baş Komandanı Kim Çen In Hərbi Qərargahın rəisini istefaya göndərməklə, dünyanı həyacanlandırmışdı. Məhz bu hadisədən sonra o marşal rütbəsinə layiq görülüb. Bu addım gənc liderin orduda siyasi islahatlara getməsi və hakimiyyəti öz əlində cəmləşdirməsi kimi izah olunur. Atası Kim Çen İr isə ölümündən sonra generalissimus rütbəsinə layiq görülmüşdü.
azadliq.info