ulduz fali

Günün ulduz falı (19.07.12)

Qoç
Gücünüz kifayət qədərdir, sadəcə məqsədə çatmağın doğru üsulunu tapmaq lazımdır. Məhz buna görə də tələskənliyə yol verməyə dəyməz. Hamıya məlum olan metodlar sizin “kəşf etdiyinizdən” o qədər də yaxşı deyil. Bürcün bir çox nümayəndələri bu gün həyatlarını daha xoş və maraqlı keçirməyi hədəfləyirlər.
Buğa
Bu günü çox uğurlu hesab etmək olmasa da, hər işiniz yolundadır. Siz əvvəldən başladığınız işləri uğurla sona çatdıra bilərsiniz. Yeni planların reallaşmasında da problem olmayacaq. Danışıqlar effektiv keçəcək. Nəinki faydalı əməkdaşlıq şərtləri əldə edəcəksiniz, hətta işləyəcəyiniz insanlarda xoş təəssürat belə yaradacaqsınız.
Əkizlər
Gün sizə xeyli sevinc gətirəcək. Maraqları peşə sahəsi ilə bağlı olan şəxsləri uğur gözləyir. Siz daha təcrübəli və hiyləgər rəqiblərinizi üstələməyə, nüfuzlu şəxslərlə münasibət qurmağa, istənilən əngəlləri aşmağa qadirsiniz. Əhvalınız hər saat yüksələcək.
Xərçəng
Başladığınız işləri başa çatdırmaq, iş həftəsi ərzində üzərində işlədiyiniz layihələri yekunlaşdırmaq mümkündür. Uğurlarınız diqqətdən kənarda qalmayacaq. Ona görə də mükafata ümid edə bilərsiniz. Danışıqlar üçün uğurlu gündür. Bu gün siz istənilən adamı doğru olduğunuza inandırmağa qadirsiniz.
Şir
Ulduzlar bir çox təşəbbüslərdə sizi dəstəkləyəcək. Ona görə də bu gün başqa günlərlə müqayisədə daha effektli işləyəcəksiniz. Uğurlu təsadüflər də istisna deyil. Planlaşdırılmamış pul gəliri də ehtimal olunur. Bu gün ətrafdakılar kömək üçün məhz sizə müraciət edəcəklər.
Qız
Gün pis keçməyəcək. Müsbət tendensiyaların təsiri o qədər də yüksək deyil və plan qurarkən ona bel bağlamaq tövsiyə olunmur. Sənədlərlə pis işləmirsiniz, hesab işlərində səhv buraxmırsınız. Amma əhatənizdə olanlarla yola getmək xeyli çətin olacaq. Nəzərə alın ki, yeni müttəfiqlər dostluq əhval-ruhiyyəsində deyillər.
Tərəzi
Gün rəqabət fəaliyyətindən daha çox düşünmək üçün münasibdir. Bununla belə diqqətinizi hansısa bir məsələdə cəmləşdirə bilmirsiniz. Sizinlə ünsiyyət maraqlıdır. Ona görə də bu gün tənhalıqdan əziyyət çəkəcəyiniz gözlənilmir. Əhvalınız da yaxşı olduğundan baş verən xırda anlaşılmazlıqlara böyük əhəmiyyət verməyəcəksiniz.
Əqrəb
Yaxşı dostlarla istirahət üçün bundan münasib gün tapa bilməzsiniz. Çoxları sizə birlikdə əylənməyi təklif edəcək. Amma xoşunuza gəlməyən adamlara “yox” deməyi bacarın. Ulduzlar israrla tövsiyə edirlər ki, vaxtınızı yalnız xoşunuza gələn adamlarla keçirəsiniz. Yeni romantik macəranın başlanması gözlənilir.
Oxatan
Gün əlamətdar heç nə ilə yadda qalmayacaq. Bu  gününüzü istədiyiniz kimi keçirə biləcəksiniz. Düzdür, bunun üçün müəyyən sərtlik nümayiş etdirməli olacaqsınız. Çünki bəziləri sizin yolunuzda əngəllər qurmağı planlaşdıracaqlar. Arzu və istəklərinizi dilə gətirməkdən çəkinməyin, hətta hamının eşidəcəyi tərzdə ifadə edin.
Oğlaq
Siz, demək olar, hər gün özgələri üçün çox faydalı işlər görürsünüz. Amma hərdən özünüzün şəxsi maraqlarınız barədə də düşünmək lazımdır. Bunu özünüzə tez-tez xatırlatmağınız yerinə düşər. Bu gün səmərəli sövdələşmələr və ya maddi vəziyyətinizi başqa yolla yaxşılaşdırmaq, yeni faydalı tanışlıqlar mümkündür.
Dolça
Uzaq səfərlər və yorucu tədbirlər planlaşdırmayın. Ulduzlar bunun uğursuz nəticələnəcəyini bildirir. Yaxşı görünəcəyinizə və özünüzü yaxşı hiss edəcəyinizə də ümid etməyin. Həyat sevgisi aşağıdır. Bu o deməkdir ki, dincəlmək, özünüzü qorumaq, adi gündəlik recimə əməl etmək lazımdır.
Balıqlar
Gün qətiyyət göstərən və xırda çətinliklərdən qorxmayan bürcün nümayəndələrinə çoxlu xoş və maraqlı hadisə vəd edir. Kəskin və çox vaxt acı ifadələr işlətməyinizə baxmayaraq, rəhbərlik və həmkarlarla yaxşı münasibətləri qoruya biləcəksiniz. Xoşbəxtlikdən yaxınlarınız da sizin iradlarınızdan inciməyəcəklər.