AXC Parlamentində 44 nəfərlik Milli Şura üzvündən biri

Mir Hidayət bəy Seyidov

Keçən əsrdə şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində əsasən yüksək təhsilli və intellektli şəxslər təmsil olunurdular. Bu yazıda həmin Parlamentin 44 nəfərlik Milli Şura üzvündən biri – Mir Hidayət bəy Seyidov haqqında söhbət açacağıq. Mir Hidayət bəy Irəvan mahalı ermənilərə hədiyyə edilməsi ilə bağlı qərarın əleyhinə səs verən üç nəfərdən biri olub.
O, erməni daşnakları 1918-ci ildən başlayaraq Naxçıvana aramsız hücumlar etdiyi bir zamanda ana vətəni Naxçıvana yollanmış və ata-babalarının doğma yurdu Ordubadın işğalçılardan müdafiə olunmasında böyük fədakarlıqla çalışmışdı. M.H.Seyidov o zaman Ordubad Milli Müdafiə Şurasına sədrlik edirdi. Vətənpərvər ziyalı əhalini düşmənə qarşı savaşa ruhlandırır və özü də bu döyüşlərin önündə gedirdi. O dövrün hadisələrini əks etdirən arxiv sənədləri göstərir ki, Naxçıvan,ÿŞərur,ÿVedibasar ÿvə Ordubadda vəziyyəti çox mürəkkəb və təhlükəli olsa da, yerli əhali düşmənə aman vermirdi. O illərin arxiv sənədlərində həmin hadisələr haqqında yazılır: “Ordubad ətrafında daşnaklarla amansız döyüşlər başladı. Amansız döyüşlər Ordubadın lap yaxınlığında, şəhər qəbiristanlığında gedirdi…”  Həqiqətən, çox qorxulu vəziyyət yaranmışdı. Əhali düşmənlə qəhrəmanlıqla vuruşur, onların çirkin niyyətlərini sona çatdırmağa imkan vermirdi. Yerli insanlar arasında saysız qurbanlar verilmişdi, amma əhali öz ana torpaqlarını qorumaq üçün hər şeyə, ölümə belə hazır idi. Belə bir zamanda Mir Hidayət bəyin də iştirak etdiyi Milli Şurada azərbaycanlılar öz mübarizliklərini polkovnik Reyə bildirdilər: “Xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi istəmir”.
Bu, böyük bir tarix idi. Milli dövlətçiliyin yaranması və müdafiəsi uğrunda o dövrün ziyalısı sadə xalqla bərabər  belə mübarizə aparmışdı.   
Mir Hidayət bəy Mir Adil oğluÿ1887-ci ildə Azərbaycanın ən qədim şəhərlərində birində -ÿGəncədə dünyaya göz açmışdı. O, böyük bir nəslin davamçısı idi. Atası Mir Adil bəy dövrünün yüksək dünyagörüşlü, maarifpərvər ziyalılarından biri idi. Ziyalılıq bu nəslin fərdlərinə ulu babalarından ötürülmüşdü. Mir Adil bəy XIX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan və Ordubadÿədəbi mühitinin nüfuzlu şəxslərindən biri Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndinin ÿnəvəsidir. Araşdırılan arxiv sənədlərindən bəlli olur ki, Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur. Öz dövrünün alimi və din elmlərinin dərin bilicisi kimi o, Naxçıvanda və Ordubadda məşhur olub. Var-dövlətini maarifçilik işinə əliaçıqlıqla xərcləyən Hacı Mir Ağa bəy öz övladlarını da bu ruhda böyüdürdü. Sonralar Mir Adil bəy də atasının bu xeyirxah işini davam etdirdi.
Kazan universitetinin tələbəsi
Elmə yüksək önəm verən Mir Adil bəy oğlu Mir Hidayət bəyin oxumasını onun həyatı üçün ən vacib məsələ hesab edirdi.ÿBeləliklə, o, oğlunu 1906-cı ildə Gəncə gimnaziyasını bitirdikdən sonra Kazan Universitetinə oxumağa göndərir. Kazan Universiteti o illərdəÿ Rusiyanın vəÿAvropanın məşhur elm ocaqlarından biri idi. Azərbaycanlı gənc Mir Hidayət bəy də bu universitetin hüquq fakültəsinə qəbul olundu. Təhsil illəri ona çox şey öyrətdi. O, bu illərdə azad fikirli, açıq dünya görüşlü  gənclərlə və müəllimlərlə yaxın dostluq münasibətləri qurdu. Ali təhsilini başa vurub vətənə qayıdan Mir Hidayət bəy Irəvan və Naxçıvan quberniyalarında fəaliyyət göstərməyə başladı. Bu dövrdə Irəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri oldu. Daha sonralar isə o, Tiflisə gedərək ÿZaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi çalışıb. Bütün bu çalışmaların və səylərin sonunda Mir Hidayət bəy Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulub və bu istiqamətdə savaşanlarla eyni sırada dayandı.
Mir Hidayət bəy Seyidovun qəfil vəfatının səbəbləri haqqında mənbələrdə heç bir dəqiq məlumat yoxdur. Arxivlərdə ancaq onun vəfatının tarixi məlumdur.ÿBöyük maarifçi ziyalı 1919-cuÿildə Ordubadda vəfat edib.
“Vikipedia”da onun ailəsi haqqında müəyyən məlumatlar əksini tapıb. Mir Hidayət bəyin yaxın qohumlarından olan məşhur diplomat ÿRamiz Abutalıbovÿ 2006-cı ildəÿ Moskva ÿşəhərində nəşr etdirdiyi kitabda onun da haqqında yazıb. Kitabın müəllifi ilk dəfə oxuculara Mir Hidayət bəylə bağlı bir çox maraqlı məlumatlar təqdim edib. R.Abutalıbov kitabda Mir Hidayət bəyin ömür-gün yoldaşının və övladlarının adlarını da yazıb.ÿBelə ki, 1920-ci ildən sonra insanları həbs edir, sürgünə göndərir və yaşamaq üçün Ordubaddan başqa yerə köçürürdülər. Ramiz müəllimin babası Məşədi Həmzə də dahi şairimizÿHüseyn Cavidlə birlikdə Irkutsk vilayətinə sürgün edilir. Burada bir fakt da aydın olur ki, Abutalıbovlar  Qüdsi Vənəndinin ailəsi ilə qohumdurlar. R.Abutalıbov qeyd edir ki, onun nənəsi Rübabə xanımın doğma qardaşıÿMir Fazil ağa Seyidovÿuzun illər yazıçıÿƏziz Şərifinÿxahişi ilə Naxçıvanın Zaviyyə məhəlləsindəki ata evində yaşayıb. Həmin məhəllənin yaşlı sakinlərinin söylədiyinə görə,ÿ1965-ci ilədək Mir Fazil ağa sağ idi. Şəhərdə hamı ona ehtiram göstərərmiş.
Ailə haqqında həqiqətlər
Görkəmli şəxsiyyətlə bağlı bir sıra məqamlara işıq salan kitabda Mir Hidayət bəyin Irəvanski və Naxçıvanskilərlə qohumluğu da ortaya çıxır. Müəllif yazır ki, Mir Hidayət bəyin həyat yoldaşı Şövkət xanım Irəvanskaya olub. Amma bu istiqamətdə araşdırma aparılan zaman məlum olub ki, Mir Hidayət bəyin həyat yoldaşı Irəvanskaya yox, Şövkət xanım Kazımbəyova olub. Əldə olan bir fotoşəklin araşdırılması zamanı Mir Hidayət bəyin nəvəsi, Bakı Musiqi Akademiyasının professoru, prorektor ÿOktay Abasquliyev ÿməsələyə aydınlıq gətirib. Mir Hidayət bəyin qızı Dilarə xanımın oğlu Oktay bəyin dedikləri əsl həqiqəti üzə çıxarıb. Mir Hidayət bəyin xanımı Şövkət xanım Ələşrəf qızı Kazımbəyova çox keşməkeşli bir həyat yaşayıb. Mir Hidayət bəylə Şövkət xanımın nikahından bir oğlu və bir qızı dünyaya gəlib. Onların oğlu Mir Adil Moskvada təhsil alıb və ömrünün sonuna kimi ADU-da geologiyadan dərs deyib. Mir Adilin həyat yoldaşı Əzizə xanım Bakıda yaşayır. Mir Hidayət bəyin qızı Dilarə xanım isə Azərbaycanın məşhur memarlarından biri olub.
Şövkət xanım ərinin vəfatından sonraÿ Fərəməz Mahmudbəyovla ÿailə qurub. Həmin evlilikdən cütlüyün Şamil və Məryəm adlı övladları dünyaya gəlib.ÿŞamil Mahmudbəyovÿsonralar məşhur kinorejissor olmaqla bir çox dövlət mükafatları alıb. Məlum olduğu kimi, onun varisləri bu gün də Azərbaycan incəsənətinin və mədəniyyətinin tanınmış nümayəndələridirlər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir