ATƏT-dən erməniləri əsəbləşdirəcək açıqlama

Rikardo Miqliori:“Türkiyə Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmalıdır”

ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni prezidenti Rikardo Miqliori Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atacağı ilk addımları haqda danışıb. Miqliori məsələnin həllinə parlament səviyyəsində daimi dialoq yaradaraq töhvə verə biləcəklərini bildirib. Onun sözlərinə görə, münaqişə sülh yolu ilə həllini tapa bilər.

Rikardo Miqliori münaqişənin həlli prosesinə Türkiyənin də cəlb olunmasının vacibliyinə toxunub. Onun sözlərinə görə rəsmi Ankara da prosesə qatılmalıdır:“Hesab edirəm ki, münaqişənin həlli prosesinə Türkiyə də cəlb edilməlidir. Problemin sülh yolu ilə həll edilməsində onun iştirakının nə dəcərədə kömək olub-olmayacağını görməliyik”.