“Bu ölkədə yalnız Əsəd və əleyhdarlarının yox, dünya güclərinin poliqonuna çevrilib”
Nüfuzlu “The Times” qəzetinin Şərq ölkələri üzrə siyasi şərhçisi Əmir Taheri bildirib ki, Suriya dünya müharibəsi üçün arenaya çevrilməkdədir. Müəllif Suriyadakı hadisələri 1936-39-cü illər arasında İspaniyada yaşanan vətəndaş müharibəsi ilə eyniləşdirib. Çünki həm o vaxt İspaniyada, həm də indi Suriyada yalnız iki tərəf vuruşmur. Burada dünya gücləri, tərəfləri silahla təmin edən qüvvələr rəqabətə giriblər.
Taheri yazır ki, Bəşər Əsədə qarşı vuruşanları Türkiyə, əksər ərəb ölkələri, Avropa Birliyi və ABŞ dəstəkləyir. Etnik baxımdan üsyançılara yaxın olan livanlılar, iordaniyalılar və iraqlılar da Bəşər Əsədə qarşı vuruşanların yanında yer alıb. Lakin Bəşər Əsəd rejimi tək deyil. Onu Rusiya, Çin və İran kimi ölkələr dəsək verir. Rusiya və Çin Bəşər Əsədə geosiyasi maraqlarla yanaşı özlərinin ölkədaxili durumlarından ehtiyatlandıqları üçün də dəstək verirlər.
“Putin rejim dəyişikliklərinin Rusiyaya da sıçramasından qorxduğu üçün Suriyada və bu kimi ölkələrdəki avotirtar dahkimiyyətləri var gücü ilə dəstəkləyir. Çin də Tobet və Tsinzyan kimi etirazların tez-tez keçirildiyi bölgələrdə yeni dalğanın alovlanmasından ehtiyatlanır”, – deyə Əmir Taheri yazıb.
azadliq.info


