Hesablama Palatası körpülərə xərclənən vəsaitləri araşdırıb
Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə Şəki rayonunun Vərəzəd və Zəyzid kəndlərini birləşdirən yolda körpünün yenidən qurulmasına, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Zaqatala və Qax Yol Istismar Idarələrinə yolların saxlanılması üçün ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə Hesabat və Rəy müzakirə olunaraq təsdiq edilib.
Palatadan APA-ya verilən məlumata görə, müzakirələrdən sonra auditin nəticələri barədə Milli Məclisə məlumat verilməsi barədə qərar qəbul edilib.


