Misirdə insan alverinin yeni növü – “yay arvadları” biznesi yayaılıb. Azyaşlı misirli qızlar yay fəslində Misirə istirahətə gələn turistlərə nigahlanır. “Mövsümi nigahlar” ABŞ-ın insan alveri haqqında hesabatına da daxil edilmişdi.
Müştərilər əsasən ərəb ölkələrindən gələn varlı turistlərdir. Qızların ailələri 495 dollardan 4 min 950 dollaradək məbləğ alır. Nigahlar isə saxta şəhadətnamələr əsasında bağlanır. Bu haqda “Əl –Ərəbiyə” yazır.
Çox zaman evlilik haqqında qızın özünə xəbər verilmir. Ərə verilən gənc qızlar istirahətə gələn turisti doğurdan da öz əri sayır. Turist ölkəsinə qayıdanda isə onlar üçün bu əsl şok olur. Digər qızlar isə ailələrinə kömək məqsədilə könüllü şəkildə “yay nigah”larına gedirlər.
Misir qanunlarına görə, xarici vətəndaş 10 yaşdan kiçik qızla evlənə bilməz. Həmçinin nigah haqda şəhadətnaməsini göstərmədən oteldə nömrə sifariş edə bilməz. Ancaq bütün bu maneələr pul qarşılığında sənədlərin saxtalaşşdırılması ilə həll edilir. Nəticədə turist hüquqi məsuliyyət daşımır. Əgər “yay nigahı”ndan uşaq doğulursa, bu uşaqlar Misir küçələrindəki yüz minlərlə kimsəsiz uşağın sırasına qatılır.
azadlıq.info