Amerika fizikaçıları fasiləsiz enerji alma sahəsində çevriliş ediblər. “The Daily Mail” qəzeti yazır ki, Kaliforniya institunda aparılan araşdırmalarda gələcəkdə enerji qıtlığı probleminin həlli tapılıb. İstilik-nüvə prosesi zamanı alınan enerji hidrogen bombasnın daxilində gedən proseslərlə eynidir.
5 iyulda 192 lazer batareyasının köməyi ilə 500 trilyon vatt gücündə enerji almaq mümkün olub. Bu rəqəm bütün ABŞın bir anda işlətdiyi enerjidən min dəfə çoxdur. Ancaq prosesin ömrü çox qısa olur. Saniyənin 23 milyardda bir hissəsi qədər.
Lazer yolu ilə hidrogen izotopları – deyteriy və tritiy şarları şüalandırılır. Olduqca yüksək temperaturda qızan şarlar yüz dəfələrlə sıxılır. Nəticədə neytronların xaricə atılması prosesi başlayır. Bu enerjinin köməyi ilə suyu qızdırmaq və elektrik generatorlarını hərəkətə gətirmək mümkündür. Massaçusets texnoloji institunun alimi Riçard Petresso elmi hadisəni “böyük nailiyyət” adlandırıb.
azadliq.info