Suriya İsrail sərhədindən qoşunları çıxarır

France Press agentliyi xəbər yayıb ki, Suriya prezidenti Bəşər Əsəd ordu hissələrini İsrail sərhədində olan Qolan təpələrindən çıxarıb döyüşlərin davam etdiyi paytaxt Dəməşq və digər qaynar nöqtələrə atır.

İsrailin kəşfiyyat rəisi general-mayor Aviv Koxavi parlamentə bildirib ki, Əsəd qoşunların çox hissəsini Qolan təpələrindən çıxarıb.

1967-ci il müharibəsində İsrail Qolan təpələrinin bir hissəsini işğal edib, 1981-ci ildə öz ərazisinə birləşdirib. Suriya İsrail üçün hərbi təhlükə yaratmasa da, İsrail tərəfi bu ərazidə nəzarətdə olmayan anti-israil qüvvələrinin formalaşmasından ehtiyat edir.

azadliq.info