Qırğızıstan və Özbəkistanın sərhədlərinin kəsişdiyi bölgədə atışma olub. Ölənlər var. İnterfaks xəbər verir ki, Cəlal-Abad vilayətinin Alabukinsk rayonunda baş verən atışma zamanı bir qırğız sərhədçisi ölüb, özbək tərəfindən də ölənlər var. Hadisəyə səbəb kimi sərhədyanı yolların təmir olunmasına etiraz edən yerli sakinlərin etirazı göstərilir.
Qırğızıstanda Sərhəd Qoşunlarının rəhbərliyinin bildirdiyinə görə, Özbəkistan tərəfi ilə telefon danışıqları aparılıb və insidentin sülh yolu ilə həllinə nail olunub.
azadliq.info


