Microsoft şirkəti yeni proqramı paketi “Office 2013”ü təqdim edib. Yeni paketin əsas xüsusiyyəti ekrana toxunaraq idarə olunmasıdır.
“Office 2013” əsasən daşına bilən cihazlar nəzərdə tutulub. Məhsul bazarda iPad-a qarşı rəqib olacaq. Paketdə verilən “Word”, “Excel”, “Power Point”, “Outlook” kimi proqramlar da ilk dəfə ekrana toxunma funksiyası ilə bazara çıxarılır. Ofis əməliyyatlarını rəqəmli qələm, elektronik iynə və barmaq ucu ilə yerinə yetirmək olacaq. Həmçinin “Skype” və “Yammer” kimi videokonfrans proqramları ilə birlikdə istifadə etmək olacaq.
azadliq.info


