
Polşada Avropa iqlimi üçün xarakterik olmayan təbii fəlakət baş verib. Ölkənin şimal və qəb bölgələrində baş verən fırtına və tornado xeyli dağıntıya səbəb olub. 60 yaşında bir nəfər evinin dağıntıları altında qalaraq həlak olub. 10 nəfər yaralı şəxs xəstəxanaya çatdırılıb.
Gecədən bu yana davam edən fırtına zamanı yüzdən çox ev dağılıb. Ağacların qırılması üzündən elektrik xətləri zədələnib. Qatar reysləri təxirə salınıb.

Meteoroloqlar fırtınanın davam edəcəyi haqda xəbərdarlıq ediblər.
azadliq.info


