Virtual ensiklopediya Vikipediyada dünən ingilis dilində 4 milyonuncu məqalə yazılıb. Ümumilikdə Vikipediyanın könüllü redaktorları 285 dildə 22 milyon məqalə yaradıblar.
“İzbat Al Burj” adlanan 4 milyonuncu məqalə Misirin Azbat əl-Burq şəhəri haqıında yazılıb. Məqalədə 1 saat içində 50 dəyişiklik edilib və o, xeyli genişləndirilib. Məqalə İsgəndəriyyə şəhərində yaşayan internet fəalı, ərəb gənc Məhəmməd Fəraq tərəfindən yaradılıb.
İngillisdilli vikipediyanın 4 milyon məqaləsindən ancaq 20 mini bütün standartlara cavab verir və “seçilmiş məqalə” sayılır. Milyonuncu məqalə 2006-cı ildə yaradılmışdı.
Rusdilli Vikiperdiyada 870 min, azərbaycandilli variantda isə 88.428 məqalə yaradılıb.
azadliq.info


