Yunanıstanın ultra-sağ millətçi partiyasının liderinin arvadı Zarulia şovinist çıxışları ilə ərindən geri qalmır. O, Yunanıstanda göstərilən türk seriallarının qadağan olunmasını istəyib.Son seçkilərdə parlamentə girə bilən Qızıl Şəfəq partiyasının lideri Nikos Mihaliakosun arvadı ərinin dediklərini təkrarlayır.
Şovinist partiya liderinin arvadı efirdə olduqca çox türk serialının olduğunu bildirib. Onları yunan aktyorlarının çörəyinə bais olmaqda ittiham edib. Zarulia Yunanıstanın populyar qadın teleaparıcısı Eleni Meneqakini də sərt tənqid edib.
azadliq.info


