QOÇ
Günün birinci yarısında hansısa müvəffəqiyyətə imza atacaqsınız. Ən çətin anlarınızda yardımınıza dostlarınız gələcək. Günün ikinci yarısı isə daha gərgin keçəcək. Bu zaman kəsiyində sizi idarə etmək daha asan olacaq. Bundan düşmənləriniz istifadə edə bilər.
BUĞA
Öz problemləriniz başınızdan aşan müddətdə yaxınların arasındakı soyuq münasibətləri aydınlaşdırmaq məsuliyyəti də sizin üzərinizə düşür. Ehtimal ki, xoşagəlməz etiraf da eşidəcəksiniz. Əvvəlcədən qurduğunuz plan üzrə hərəkət edə bilməməyiniz sizi kədərləndirəcək.
ƏKIZLƏR
Bu gün dəyişkən əhvalda olacaqsınız. Bu səbəbdən də əhatənizdə olanlar sizdən kənar gəzməyə üstünlük verəcəklər. Qoruyub saxlamağa çalışdığınız münasibətin sona çatacağı ehtimal olunur. Yaxşılığa doğru inkişaf günün ikinci yarısına təsadüf edilir. Bu vaxt alış-veriş də etmək olar.
XƏRÇƏNG
Intellektual potensial yüksək səviyyədədir. Aparacağınız eksperimentin uğurlu olacağı istisna edilmir. Gün təhsil almaq baxımından da məhsuldardır. Ehtimal ki, uzaqdan vacib xəbər eşidəcəksiniz. Bu günə maraqlı tanışlıq da gözlənilir.
ŞIR
Nə istədiyinizi yaxşı bilirsiniz. Ancaq əhatənizdə olanların istəklərinin fərqli olmasını nəzərdən qaçırırsınız. Günün ikinci yarısında planlarınızı dəyişməli olacaqsınız. Ancaq belə durumda heç də bütün “Şir”lər özünü rahat hiss etməyəcək.
QIZ
Ola bilsin ki, sürprizlə qarşılaşacaqsınız. Öz gücünüzə inanın. Bu, uğur qazanmaq üçün vacibdir. Işiniz çox olduğundan darıxmağa macal tapmayacaqsınız. Təntənəli mərasim təşkil etmək, qonaq qəbul etmək üçün də münasib gündür. Təəssüf ki, yaşlı qohumlardan biri ilə aranızda mübahisə düşəcək. Əgər təmkinli olmasanız sonradan bunun peşmançılığını çəkəcəksiniz.
TƏRƏZI
Baş verənləri özlüyünüzdə analiz etmək istəyəcəksiniz, amma bunun üçün heç cür sakitləşə bilməyəcəksiniz. Başqalarının məsləhətindənsə, daxili səsinizə qulaq asın. Evdə özünüzü daha yaxşı hiss edəcəksiniz deyə, uzaq səfərə çıxmaq məsləhət deyil.
ƏQRƏB
Günün hadisələri planlarınızı poza bilər. Maraqlı tanışlığa imza atmaq şansınız da var. Digər tərəfdən, gəlirinizin olacağı da bildirilir. Gəlirinizi ağılla xərcləyəcəksiniz. Gün boyu əhvalınız yaxşı olacaq. Gün qohumlarla ünsiyyətdə olmaq üçün əlverişlidir.
OXATAN
Öz işləriniz ikinci planda qalacaq. Sizə daima yardım edən adama kömək edəcəksiniz. Məqsədə çatmaq üçün birgə fəaliyyət günüdür. Ideya və təklifləriniz bəyəniləcək və sizin məsləhətlə ətrafdakılar hərəkətə keçəcəklər. Məsələlərə həssas yanaşmağı bacarın ki, artıq mübahisələrə yol verməyəsiniz.
OĞLAQ
Sakit və kifayət qədər xoş gündür. Ürəyiniz istəyən işlə məşğul ola bilərsiniz. Köhnə dostlarla ünsiyyət sizi sevindirəcək. Çağrılan yerə rədd cavab verməyin. Ancaq bir pis məqam da var ki, bu da ətrafdakıların sizin ürəyi genişliyinizdən sui-istifadə etməsilə bağlıdır. O üzdən də bəzi təkliflərə rədd cavabı vermək lazım yox, vacibdir.
DOLÇA
Ciddi problemlər gözlənilmir, uğurlu gündür. Çox çalışsanız belə yorulmayacaqsınız. Imicinizdə dəyişiklik edə bilərsiniz. Bunun üçün yüngül alış-veriş aparmaq olar. Bu günə romantik tanışlıq da proqnozlaşdırılır.
BALIQLAR
Fəallıq göstərməkdənsə, gün daha çox düşünmək üçün yararlıdır. Yaxşı olar ki, atacağınız addımları bir neçə dəfə götür-qoy edəsiniz. Maraqlı görüş olacaq, amma münasibətlərin romantik müstəvidə inkişaf edəcəyinə ümid etməyin. Bu gün qonaq qəbul etmək ürəyinizcə olmayacaq. Məişət texnikasında nasazlıq xırda zədələnməylə nəticələnəcək.

Günün ulduz falı (15.07.12)
•