Hansı fəsildə doğulanlar daha uzunömürlü olur?

Amerikalı alimlər maraqlı araşdırma aparıblar

Sentyabr və noyabr ayları arası doğulanlar potensial uzunömürlülərdir. Yəni payızda anadan olanların uzun yaşamaq şansları daha çoxdur.

Bu araşdırmanı Çikaqo Universitetinin əməkdaşları Leonid və Nataliya Qavrilovlar aparıb. Alimlər 1880-1895-ci illərdə doğulan 1500-dən artıq insanı təhsil ediblər. Əldə edilən informasiyalar uzunömürlülüklə müqayisə edilib. Nəticədə bəlli olub ki, 100 yaşlıların böyük əksəriyyəti payızda doğulub. Az hissəsi isə mart, may və iyulda dünyaya gəlib.

Burada ən əsas nəzəriyyə ondan ibarətdir ki, yazda yaranan mövsümü infeksion xəstəliklərin immunitetə neqativ təsiri, həmçinin vitamin və mineralların yarana biləcək defisitidir.

ANS PRESS