Ölkənin bir qrup gənclər təşkilatlarının rəhbərləri Iranın Azərbaycanda səfiri Məhəmmədbağır Bəhramiyə görüşlə bağlı məktub ünvanlayıblar. Görüşün məqsədi bu il mayın 2-dən Iranda saxlanılan Azərbaycanın gənc yazarları Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirməkdir.
Gənclər məktubda uzun müddətdir ki, Iranda saxlanılan azərbaycanlı şairlərlə bağlı məsələnin ölkə ictimaiyyətini narahat etdiyini nəzərə çatdırılar. Bu şəxslərin iki aydan artıqdır ki, həbsdə olduqları qeyd edilir.
Bu müddət ərzində F.Hüseyn və Ş.Hacızadənin ailələrilə cəmi 3 dəfə telefon əlaqəsi saxladığı bildirilir. Təşkilat liderləri yazarlarla bağlı Iran mediasında yayılan xəbərlərin rəsmi mövqe olmadığını başa düşdüklərini vurğulayırlar. Amma rəsmi Tehranın Azərbaycan vətəndaşlarının hansı cinayəti törətməsi və ya günahsız olmalarına dair hər hansı açıqlama vermədiyini qeyd edirlər. Gənc liderlər olayın anlaşılmazlıq olması qənaəti ifadə edir və yazarların taleyindən narahatlıq ifadə edirlər.
Müəlliflər bu həbslərlə bağlı ölkə gənclər arasında Irana qarşı gərginliyin artdığını bildirir və bunun əleyhinə olmalarına diqqət çəkirlər. Gənc liderlər həbsdə olan yazarlarla, ümumiyyətlə isə son dövrdə iki ölkə arasında yaşanan gərginliyin aradan qaldırılması üçün səfirlə görüşüb müzakirə aparmaq istədiklərini bəyan edirlər.
Məktubu AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP Gənclər Təşkilatından Samir Əsədli, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, “NIDA” Vətəndaş Hərəkatının həmsədri Üzeyir Məmmədli, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, “Gənclər Klubu” Ictimai Birliyinin rəhbəri Zaur Əkbər, “Müsbət Dəyişikliklər” Hərəkatından Rəhim Vəliyev imzalayıb.
Gənclər Iran səfirindən görüş istədilər
•


