İt qovan qəribə pişik

Türkiyənin Kırklareli vilayətində qəribə xasiyyətli pişik yaşayır. Geveze adlı, 2 yaşı olan pişik yaşadığı küçəyə itləri buraxmayaraq, qovur. Adətən itlər pişiklərin dalında düşsə də, ətraf səmtlərin itləri bu pişikdən qorxur. Həmin yerdə ticarətlə məşğul olan şəxslər pişiyə “Cəsur ürək” adı veriblər. Təbiətdə hər şey əksinə olsa da, Geveze rolları dəyişib.

azadliq.info