Putin din xadimlərini hərbi qulluqdan azad etdi

Rusiya prezidenti Vladimir Putin dini qulluqçulara hərbi xidmətdən möhlət hüququ verib. Sərəncama görə, möhlət hüququ ildə 150 dini qulluqçuya verilir. Dini rütbə alanlar, dini təşkilatlarda vəzifə tutanlar və orduda əsgərlərlə dini maarifləndirmə işi aparan komandir köməkçisi dini qulluqçular müstəsna hüquqa malik olacaqlar. Ancaq komandir köməçisi kimi işləyəcək dini qulluqçular xüsusi hazırlıq keçəcəklər.

Xatırladaq ki, din xadimləri üçün möhlət hüququ 2008-ci ildə ləğv edilmişdi. O zaman bu qərar dindarlar arasında geniş etiraza səbəb olmuşdu.

azadliq.info