k heyderov-i eliyev

“Fövqəlnazir” bir neçə iri məmurun layihələrinə qadağa qoyub

k heyderov-i eliyevHakimiyyət daxilində yeni münaqişə mənbəyi; məsələdə prezidentin də adı hallanır

Ziya Məmmədov, Cavid Qurbanov, Rövnəq Abdullayev və Qorxmaz Hüseynovun tikinti işləri niyə dayandırılıb?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nəqliyyat Nazirliyi, “Azəryolservis”, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Azərsu”nun tikinti layihələrinə qadağa qoyub. Həmçinin bu qurumlara yaxın şirkətlərin tikinti işləri də dayandırılıb.
Bu barədə “Azadlıq”a hökumət daxilindən sızan məlumatlara görə, adıçəkilən qurumlara Kəmaləddin Heydərovun adından bildirilib ki, layihələr əvvəlcədən ekspertizadan keçirilməli sonra onların icrasına start verilməlidir. Çünki ölkə başçısı Ilham Əliyev hər dəfə hansısa obyektin açılışını edəndən az sonra işin keyfiyyətsiz görüldüyü üzə çıxır. Bu isə Ilham Əliyevin ciddi narazılığına səbəb olur. Kəmaləddin Heydərovun adamları Ziya Məmmədov, Cavid Qurbanov, Rövnəq Abdullayev və Qorxmaz Hüseynovun layihələrinə qadağa qoymasını belə əsaslandırırlar. Adıçəkilən məmurlar isə fərqli düşünür. Onların fikrincə, “fövqəlnazir” şəxsi maraqlarından çıxış edərək bu addımı atıb. Xüsusilə Ziya Məmmədovla Cavid Qurbanov hesab edir ki, Kəmaləddin Heydərov ekspertiza məsələsində öz şərtlərini diktə etmək istəyir. Ona görə də bu məsələni gündəmə gətirib. Adıçəkilən məmurlar Kəmaləddin Heydərovun əsaslandırmasını qəbul etməsələr də, layihələrinə qoyulan qadağanı da hələ ki, aradan qaldırılmasına nail ola bilməyiblər.

Hikmət