Ermənistanda anti-Rusiya ovqatı güclənir

“Putin Kremlin MDB məkanında ağalığının bərpasına çalışır”  

Rusiya prezidenti Vladimir Putinin ölkəsini təmsil edən diplomatlarla görüşü zamanı keçmiş sovet ölkələriylə inetqrasiyanın sürətləndirilməsinin Kremlin xarici siyasət priroritetlərindən biri olacağını söyləməsi Ermənistanda ciddi etirazla qarşılanıb. Ermənistan mediasında Putinin açıqlamaları barədə müxtəlif fikirlər ortaya atılıb. Bəziləri iddia edir ki, Putin SSRİ-nin və Rusiyanın yenidən MDB məkanında ağalığının bərpasına çalışır.  

“Jamanax” qəzetində yazılmış analitik məqalədə bildirilir ki, Putinin iddiaları Rusiyanın hazırki siyasi və hərbi durumu ilə uzlaşmır:“Doğrudur Rusiya region ölkələrinə güzəştlər vəd etməklə yenidən SSRİ daxilindəki nüfuzunu qaytarmağa cəhd göstərə bilər. Lakin reallıq ondan ibarətdir ki, dünya gücləri Rusiyaya bu imkanı tanıya bilməzlər. Üstəlik Rusiyanın dünya gücləri ilə xüsusən də Qərblə keçmiş sovet məkanında nüfuz uğrunda savaşda qalib gəlməsi qeyri-mümkündür”.

Qeyd olunur ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən siyasi dəyişliklər Rusiyanın nüfuzunun və proseslərə təsir imkanlarının azaldığının göstəricisidir. Suriyada Bəşər Əsəd rejimini dəstəyini davam etdirən Putin etirazlar dalğasının Rusiya sərhədlərinə yaxınlaşmasından ehtiyatlandığı üçün keçmiş sovet ölkələrinə birlik mesajı yollayıb. Lakin indiki məqamda Ermənistan üçün ən doğru strategiya Avropa Birliyinə inetqrasiyadır. Çünki daha geniş imkanlar və sürətli inkişaf məhz Avropadadır.

azadliq.info