ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi iyulun 12-də İranın 11 şirkətinə və 4 şəxsə sanksiyalar tətbiq edib. Vaşinqton həmin şirkətləri və şəxsləri İranın nüvə fəaliyyəti ilə bağlılıqda təqsirli bilir.

“Media forum” saytının məlumatına görə, dünyanın müxtəlif ölkələrinin 50-yə qədər təşkilatı da ABŞ-ın qara siyahısına salınıb. İrana tətbiq olunmuş əvvəlki sanksiyaları pozmaqda günahlandırılan həmin təsisatların ABŞ ərazisində iş görməsi yasaqlanıb. ABŞ şirkətləri isə həmin qurumlarla əməkdaşlığı dərhal dayandırmalıdır.