
Böyük Britaniyanın milli arxivi uçan naməlum obyekətlərlə bağlı məxfi sənədlər dərc etdirib. Bu haqda “The Telegraph” yazır. 6700 sənəddən ibarət arxiv toplusunu indi hər kəs oxuya bilər.
Sənədlərdən məlum olub ki, İngiltərə baş naziri bu mövzu ilə ciddi maraqlanan şəxslərdən biri olub. Hətta məsələ ilə bağlı 1998-ci ildə xüsusi iclas çağırılıb. İclasa səbəb UNO üzrə ekspert Nikolas Redfernin məxfi sənədləri açıq şəkildə oxumaq üçün hökümətə müraciəti olub. Bleyr məsələ ilə bağlı Müdafiə nazirliyinə müraciət edib.
Arxiv materiallarında Yer planetini yadplanetlilərin ziyarəti haqda məlumat verən sənədlər də var. “Yadplanetli kəşfiyyatçılar” adlanan məlumatda bildirilir ki, onlar Yeri hərbi kəşfiyyat, elmi və turistik məqsədlərlə ziyarət edirlər.
azadliq.info


